Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi!
“Bayer” klubu baş məşqçi postuna yeni təyinatı rəsmən elan edib.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Karles Martines komandanın yeni baş məşqçisi təyin olunub.
42 yaşlı çalışdırıcı son olaraq Fransanın “Tuluza” klubunu çalışdırıb və komandası ilə Liqa 1-də mövsümü 9-cu pillədə başa vurub.
Martines 2026-cı il iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Tərəflər arasında imzalanan müqavilə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq.
İspaniyalı mütəxəssis Leverkuzendə bir mövsüm komandaya rəhbərlik etmiş Kasper Yulmannanı əvəz edəcək.
Namiq HUN