Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
31.10.2025 03:21 İdman

Lənkəranda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

TodayPress TV xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə baş tutacaq sınaqda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə daxili yarışlarda iştirak üçün zəruridir. İmtahan noyabrın 3-də Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər