Lebron əfsanəni davam etdirir! Yeni zirvə fəth olundu
Lebron Ceyms ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində müntəzəm mövsümdə 43 000 xal həddini keçən ilk basketbolçu olub.
TodayPress TV xəbər verir ki, 41 yaşlı forvard 2025/2026 mövsümünün müntəzəm çempionatı çərçivəsində “Los Anceles Leykers”in “Boston Celtiks”ə (89:111) məğlub olduğu oyunda fərqlənib.
Ceyms parket üzərində 34 dəqiqə keçirib və 20 xal, 5 məhsuldar ötürmə və 4 ribaundla yadda qalıb.
Beləliklə, Lebron müntəzəm mövsümdə ümumilikdə 43 008 xal toplayaraq NBA tarixində bu həddi aşan ilk oyunçu kimi adını tarixə yazdırıb. Pley-off oyunları da daxil olmaqla onun ümumi xal göstəricisi 51 297-yə çatıb.
Namiq HUN