Las-Veqasda fırtına xəbərdarlığı

İdman

19.11.2025 17:58

ABŞ-nin Milli Meteorologiya Xidməti “Formula-1” Las-Veqas Qran-Prisindən bir neçə gün əvvəl şəhər üçün daşqın xəbərdarlığı yayıb. 

TodayPress TV Racing News 365-ə istinadən xəbər verir ki, proqnozlara görə, güclü yağışlar və mümkün ildırımlar çərşənbə gününün səhərinədək davam edəcək. 

Pis hava şəraitinə baxmayaraq, yağış həftəsonuna ciddi təsir etməyə bilər. Cümə axşamı keçiriləcək ilk sərbəst yürüş zamanı yağış ehtimalı 30% qiymətləndirilsə də, şənbə günkü sıralanma turu və bazar günü baş tutacaq əsas yarışın quru havada keçirilməsi gözlənilir.

“McLaren” pilotu Lando Norris üçün bu yarış çempionatda liderliyini möhkəmləndirmək imkanıdır. Britaniyalı pilot hazırda komanda yoldaşı Oskar Piastri-ni 24 xal, “Red Bull”un niderlandlı üzvü Maks Ferstappen-i isə 49 xal qabaqlayır.

Namiq HUN

TodayPress TV

tag: Las-Veqas,Fırtına,Formula 1,Yarış,Xəbərdarlıq,Todaypress.tv,