Laporta keçmiş ulduzuna hörmət mərasimindən danışdı

İdman

12.11.2025 14:58

“Barselona” klubunun prezidenti Joan Laporta, hazırda “İnter Mayami”də çıxış edən argentinalı hücumçu Lionel Messi ilə bağlı açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

Laporta bildirib ki, klub və ulduz futbolçu arasındakı ayrılıq planlaşdırıldığı kimi baş tutmayıb:

“Hər şey istədiyimiz kimi alınmadı. Əgər hörmət nişanəsi şəklində keçmişdə baş verməyən bir şeyi simvolik olaraq düzəldə bilsək, bu, yaxşı olardı. Amma Messinin yenidən klubun oyunçusu kimi qayıtması haqda düşünmək yersizdir”.

Xatırladaq ki, Messi “Barselona”da 2003–2021-ci illər arasında çıxış edib. Bu müddətdə o, 778 oyuna çıxaraq 672 qol vurub və 303 məhsuldar ötürmə edib. Argentinalı futbolçu “Barselona” ilə 10 dəfə La Liqa çempionu olub. O, Kataloniya təmsilçisinin heyətində 7 dəfə İspaniya Kubokunu, 4 dəfə isə Çempionlar Liqası Kubokunu qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Joan Laporta,İnter Mayami,Messi,Todaypress.tv,