Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi

Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi
01.06.2026 01:00 İdman

Fransanın PSJ futbol klubunun gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Kvaratsxeliya turnirdə keçirdiyi 16 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

25 yaşlı futbolçu 2025-ci ildən PSJ-də çıxış edir. O, Paris klubu ilə iki dəfə Çempionlar Liqasının və Fransa çempionatının qalibi olub, həmçinin bir dəfə Fransa Kubokunu, Fransa Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Qeyd edək ki, Xviça, vaxtilə Azərbaycanın "Kəpəz" və "Şəmkir" klublarında çıxış etmiş, həmçinin Azərbaycan millisinin heyətində bir neçə oyun keçirmiş Badri Kvaratsxeliyanın oğludur.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər