Kultharddan sərt mesaj: “Rassell yaralarını sarımaqla kifayətlənir”
“Formula-1”in keçmiş pilotu Devid Kulthard “Mercedes” komandasının sürücüsü Corc Rassellin cari mövsümkü çıxışını dəyərləndirib və onun komanda yoldaşı Andrea Kimi Antonellidən geridə qaldığını bildirib.
TodayPress TV “Up to Speed” podkastına istinadən xəbər verir ki, Kulthard Rassellin mövcud vəziyyətinə təəssüfləndiyini dilə gətirib:
“Montsada məğlub olduğu üçün Corca həqiqətən yazığım gəldi. Görünürdü ki, o, baş verənlərə fəlsəfi yanaşmağa çalışır. Birinci sıradan start götürüb, yarışı sonuncu yerdən başlayan komanda yoldaşına uduzmaq xəcalətverici haldır. Nəticədə Corc yaralarını sarımaqla kifayətləndi. İndi Kiminin artıq “Formula-1”də yeddi qələbəsi var və o, dünya çempionu olmağa bir addım da yaxınlaşıb. Corcun ona qarşı nə edə biləcəyinə dair hələ ki heç bir əlamət yoxdur. Biz Corcun Qran-pri qalibi olduğunu və sürətli sürücü kimi tanındığını bilirik, lakin o, hələ ki Kimiyə qarşı heç nə edə bilmir”.
Namiq HUN