Kubokda növbəti addım: “Turan Tovuz” yarımfinalda
Futbol üzrə Azərbaycan Kuboku turnirində növbəti yarımfinalçı müəyyənləşib.
TodayPress TV xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda “Turan Tovuz” Kəpəz üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Yevlax şəhər stadionunda keçirilən görüşdə qolları Xorxe Silva (13-cü dəq.) və Hayderson Hurtado (51-ci dəq.) vurublar.
Komandalar arasında keçirilən ilk qarşılaşma da Kurban Berdıyevin rəhbərlik etdiyi “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Qeyd edək ki, daha əvvəl “Zirə” (“Sumqayıt” – 2:0, ilk oyun 0:0) və “Qarabağ” (“Şamaxı” – 1:2, 3:1) komandaları da yarımfinala vəsiqə qazanıblar.
Namiq HUN