Kramnik FIDE-yə qarşı savaşını məhkəməyə daşıdı

Kramnik FIDE-yə qarşı savaşını məhkəməyə daşıdı
15.09.2026 17:27 İdman

Şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnik Beynəlxalq Şahmat Federasiyasına (FIDE) qarşı iddia qaldırıb.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı qrossmeyster özü sosial şəbəkə hesabında məlumat yayıb.

İddia Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsində (CAS) qeydiyyata alınıb. 

Kramnik dəymiş ziyana görə təxminən 675 min ABŞ dolları məbləğində təzminat tələb edir.

Qeyd edək ki, iyulun 22-də CAS şahmatçının FIDE-nin Etika və İntizam Komissiyasının qərarından verdiyi apellyasiya şikayətini də qeydiyyata alıb. Komissiyanın qərarı ilə rusiyalı qrossmeyster yarışlarda iştirakdan kənarlaşdırılıb.

Xatırladaq ki, Kramniklə FIDE arasında münaqişə 2024-cü ilin noyabrında federasiyanın qrossmeyster barədə şikayətindən sonra başlayıb. Şikayət Kramnikin amerikalı şahmatçı Daniel Naroditski və çexiyalı qrossmeyster David Navara ilə bağlı ictimai açıqlamaları ilə əlaqəli olub.

FIDE-nin qaydalarına əsasən, Kramnikin bəzi ifadələri təqib və insan ləyaqətinin təhqirinə dair etik kodeks normalarını poza bilərdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər