“Kral klubu” super tandem qurmaq istəyir
İdman
10.11.2025 10:57
“Real Madrid” klubu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haalandla maraqlanır.
TodayPress TV xəbər verir ki, bu barədə El Gol Digital məlumat yayıb.
Bildirilir ki, Haaland “Real”a keçməyə qarşı olmadığını, lakin Vinisius Juniorla eyni komandada oynamaq istəmədiyini diqqətə çatdırıb.
Klub rəhbərliyi hesab edir ki, braziliyalı futbolçunun mümkün satışı təkcə daxili narazılıqları aradan qaldırmaz, həm də böyük transfer üçün maliyyə vəsaiti təmin edər.
Məlumatda qeyd olunur ki, Vinisius son vaxtlar əvvəlki sabitliyini itirib, tez-tez qalmaqallarda adı hallanır və əvvəlki oyun səviyyəsini göstərmir.
“Real”ın Haalandla marağı isə yeni deyil. “Kral klub”u norveçli forvardı “Mançester Siti”yə keçməzdən əvvəl də transfer etmək istəyib.
Hazırda Madrid təmsilçisi hücum xəttində Kilian Mbappe və Erlinq Haaland dueti qurmağı arzulayır. Bu, son illərin ən səs-küylü transfer layihələrindən biri ola bilər.
Namiq HUN
tag: Real Madrid,Mançester Siti,Erlinq Haaland,Todaypress.tv,
