Kortlardan buz meydançasına: Şarapovanın gizli arzusu

Kortlardan buz meydançasına: Şarapovanın gizli arzusu
20.02.2026 16:29 İdman

Beşqat “Böyük Dəbilqə” çempionu, sabiq dünya birincisi rusiyalı tennisçi Mariya Şarapova uşaqlıqda fiqurlu konkisürmə ilə məşğul olmaq istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə NBC-yə açıqlamasında deyib:

“Deyərdim ki, fiqurlu konkisürmə. Çünki uşaqlıqda roliklə sürüşərək böyümüşəm. O vaxt düşünürdüm ki, ya gimnast, ya da fiqurlu konkisürən olacağam. Bu idman növləri mənim üçün çox əyləncəli olardı”.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları İtaliyanın Milan və Cortina d'Ampezzo şəhərlərində keçirilir. Yarış çərçivəsində 116 medal dəsti uğrunda mübarizə aparılır. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər