Kortina dağlarında Azərbaycan bayrağı: gənc xizəkçinin debütü
İdman
18.02.2026 15:52
Azərbaycan idmançısı Anastasiya Papatoma Milan–Kortina-2026 Qış Olimpiya Oyunlarında dağ xizəyinin slalom növündə mübarizəyə start verib.
TodayPress TV xəbər verir ki, Kortina d’Ampezzodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda idmançımız ilk enişini tamamlayıb.
92-ci sıradan start götürən 18 yaşlı slalomçu 1:01.81 nəticə ilə finiş xəttinə çatıb. O, hazırda bu göstərici ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb. Yarışın qaydalarına əsasən idmançımız olimpiya mükafatları uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, Azərbaycan komandası XXV Qış Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunur. Daha əvvəl yığmamızın üzvü Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarının qısa proqramında çıxış edib. Hakimlərdən 63,63 bal alan idmançı sərbəst proqrama vəsiqə qazana bilməyib.
Namiq HUN
tag: Anastasiya Papatoma,Milan–Kortina-2026,Olimpiya,Xizək,Todaypress.tv,
