Komanda yoldaşları ilə problem: Ulduz futbolçu İtaliyadan ayrılır?
“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bröyne komandanın soyunub-geyinmə otağında yaranmış gərginlik səbəbindən qış transfer pəncərəsində klubu tərk edə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın “Il Mattino” nəşri məlumat yayıb.
Bildirilib ki, 35 yaşlı belçikalı futbolçunun bir neçə komanda yoldaşı, o cümlədən hücumçu Rasmus Höylund və komandanın kapitanı Covanni Di Lorenso ilə münasibətlərində fikir ayrılıqları yaranıb.
Neapol təmsilçisinin rəhbərliyi yarımmüdafiəçi ilə müqaviləyə vaxtından əvvəl xitam vermək variantını nəzərdən keçirir. Bu addımın atılması futbolçunun illik təxminən 6 milyon avro təşkil edən maaşına qənaət etməyə imkan verə bilər.
Qeyd edək ki, De Bröynenin “Napoli” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Futbolçunun transferində əsas namizəd Niderlandın PSV klubudur. Eyndhoven təmsilçisi artıq rəsmi təklif hazırlamaq üzərində işləyir və futbolçunun agenti ilə ilkin danışıqlar aparıb.
Namiq HUN