Kocaelidə qızıl medal həyəcanı: Raman və Əli zəfər yolunda!

Kocaelidə qızıl medal həyəcanı: Raman və Əli zəfər yolunda!
09.09.2026 15:58 İdman

Paraüzgüçülərimiz Raman Salei və Əli Vəliyev Türkiyədə keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Raman Salei Kocaeli şəhərində təşkil olunan yarışda 50 metr məsafəyə sərbəst üsulla üzmə mübarizəsində uğur qazanıb. O, S12 kateqoriyasının təsnifat mərhələsində 24,70 saniyə nəticə göstərərək həlledici mərhələyə adlayıb.

Yeniyetmə paraüzgüçü Əli Vəliyev isə S10 kateqoriyasında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında birbaşa finalda mübarizə aparacaq. O, Avropa çempionatının qızıl medalı uğrunda yarışacaq.

Namiq HUN

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər