Kobbi Maynu “Barselona”nın radarına düşdü

Kobbi Maynu “Barselona”nın radarına düşdü
24.09.2025 17:32 İdman

“Mançester Yunayted” klubunun futbolçusu karyerasını İspaniyada davam etdirə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

“Barselona” Qavinin zədə səbəbindən sıradan çıxmasına görə yeni oyunçu axtarır. Baş məşqçi Hans-Diter Flik 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Kataloniya təmsilçisinin almaniyalı çalışdırıcısı Kobbi Maynunu heyətdə görmək istəyir. 

Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində cəmi 166 dəqiqə meydanda olub. O, 4 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər