Klublararası DÇ: “Yuventus”dan iddialı start
“Yuventus” klublararası dünya çempionatına darmadağınla başlayıb.
TodayPress TV xəbər verir ki, Turin təmsilçisi qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən oyunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” klubu üzərində 5:0 hesablı qələbə qazanıb.
“Yuventus”un heyətində fransız hücumçu Randal Kolo Muani və portuqaliyalı cinah oyunçusu Fransişku Konseysau dubl müəllifi olublar. Digər qolu isə türkiyəli Kənan Yıldız vurub.
Bu qələbə ilə “Yuventus” G qrupunda liderliyə yüksəlib. “Mançester Siti” eyni xalla ikinci sıradadır. “Vidad” və “Əl-Əyn” isə ilk turdan sonra xalsızdır.
Namiq HUN