Klublararası DÇ: “Bavariya” pley-offa yüksəldi
“Bavariya” klubu klublararası dünya çempionatının qrup mərhələsinin başa çatmasına bir tur qalmış 1/8 finala vəsiqəni təmin edib.
TodayPress TV xəbər verir ki, Münhen təmsilçisi missiyanı II turda Argentina nəhəngi “Boka Xuniors” üzərində 2:1 hesablı qələbədən sonra rəsmiləşdirib.
Qarşılaşmada “Bavariya”nın qollarını Harri Keyn (18-ci dəqiqə) və Maykl Olise (84-cü dəqiqə) vurublar. “Boka Xuniors”un yeganə qoluna isə 66-cı dəqiqədə Merentyel imza atıb.
Nəticədə Almaniya çempionu xallarını 6-ya çatdıraraq C qrupunda liderliyini qoruyub və növbəti mərhələyə vəsiqəni təmin edib.
Namiq HUN