Klubdan stabil heyət mesajı
“Kəpəz” klubu daha bir futbolçusunu heyətdə saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Kəpəz” yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzadıb. “Sarı-göylər” Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, Hacıyev bu ilin yanvar ayında komandaya qoşulub. Cinah yarımmüdafiəçisi son mövsümdə meydana çıxdığı 6 oyunda 2 qol vurub.
"Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
Namiq HUN