Klub daxilində Cerrard variantı müzakirə olundu

İdman

13.12.2025 14:24

“Liverpul” klubunun sabiq yarımmüdafiəçisi və kapitanı Stiven Cerrard mersisayd təmsilçisinə qayıtmaq istəyir. 

TodayPress TV “Football Insider”ə istinadən xəbər verir ki, Cerrard  Arne Slotun mümkün istefası halında komandaya müvəqqəti olaraq baş məşqçilik etməyə hazırdır. 

Bildirilir ki, “qırmızılar”ın rəhbərliyi əvvəllər Cerrardın müvəqqəti təyinatı ilə bağlı daxili müzakirələr aparıb. 

“Liverpul”dan təklif gələrsə, ingilis mütəxəssis Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubunda çalışdığı dövrdə əldə etdiyi gəlirlərin əhəmiyyətli hissəsindən imtina etməli olacaq. Bu isə vergi öhdəlikləri ilə əlaqədardır. Vəziyyət ən azı cari vergi ilinin başa çatacağı aprel ayına qədər davam edəcək.

Qeyd edək ki, Stiven Cerrard 2021–2022-ci illərdə “Aston Villa” klubunun baş məşqçisi olub.

Namiq HUN

TodayPress TV

tag: Stiven Cerrard,Arne Slot, Liverpul,Təyinat,Todaypress.tv,