Kloppun İngiltərəyə qayıdacağı xəbəri təkzib edildi

İdman

17.02.2026 14:14

“Manchester United” və “Chelsea” Jurgen Klopp-un menecer təyinatı ilə bağlı iddiaları dərhal təkzib ediblər.

TodayPress TV xəbər verir ki, Klopp-un agenti Mark Kosicke açıqlayıb ki, həm “Manchester United”, həm də “Chelsea” keçmiş Liverpool meneceri ilə maraqlanıb. 

Kosicke iddia edib ki, almaniyalı mütəxəssis 2024-cü ildə Gareth Southgate-in istefasından sonra İngiltərə millisinə dəvət ala bilərdi.

Lakin hər iki klub rəsmi açıqlama ilə bildiriblər ki, Jurgen Klopp-un menecer təyinatı ilə bağlı heç bir təklif verilməyib. 

Qeyd edək ki, 58 yaşlı məşqçi 2024-cü ildə “Anfield”dan ayrıldıqdan sonra futbol məşqçiliyindən kənara çəkilib və “Red Bull”un Qlobal Futbol Başçısı vəzifəsini icra etməyə başlayıb.

Namiq HUN

TodayPress TV

tag: Jurgen Klopp,Manchester United,Chelsea,İddia,Təkzib,Todaypress.tv,