Keyn bombardirlik yarışında hamını geridə qoydu
İdman
25.05.2026 09:49
Harri Keyn 2025/2026-cı illər mövsümünün yekunlarına əsasən “Qızıl buts” mükafatının sahibi olacaq.
TodayPress TV xəbər verir ki, “Bavariya”nın 32 yaşlı hücumçusu Bundesliqada keçirdiyi 31 matçda 36 qol vuraraq 72 xal toplayıb və Avropa liqalarının ən məhsuldar bombardiri olub.
Reytinqdə ikinci yeri Erlinq Haaland tutub. “Mançester Siti”nin forvardı Premyer Liqada 27 qolla 54 xal əldə edib. İlk “üçlüy”ü isə Kilian Mbappe tamamlayıb. “Real Madrid” in hücumçusu La Liqada 25 qol vuraraq 50 xal toplayıb.
Bu, Harri Keynin karyerasında ikinci “Qızıl buts” olacaq. İngilis futbolçu daha əvvəl də “Bavariya”dakı debüt mövsümündə - 2023/2024-cü illər mövsümündə 36 qolla bu mükafatı qazanmışdı.
Qeyd edək ki, Keyn cari mövsüm bütün turnirlərdə 51 oyunda iştirak edib, 61 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Harri Keyn,Qızıl buts,2025/2026,Mükafat,Todaypress.tv,
