Kerrik müdafiənin liderini “Tottenhem”dən gətirmək istəyir
“Mançester Yunayted” yay transfer pəncərəsində müdafiə xəttini gücləndirməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, “qırmızı şeytanlar” Kristian Romeronu əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.
Bildirilir ki, komandanın baş məşqçisi Maykl Kerrik argentinalı müdafiəçini təcrübəsi və oyun keyfiyyətlərinə görə müdafiə xəttini gücləndirmək üçün ideal namizəd hesab edir.
Romero da bu yay “Tottenhem”dən ayrılmaq variantını nəzərdən keçirməyə hazırdır.
28 yaşlı futbolçu 2025/2026 mövsümündə 32 oyunda meydana çıxaraq 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun London təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalında Romeronun bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
Namiq HUN