Kayseridə möhtəşəm nəticə: Azərbaycanlı yeniyetmədən qızıl!

Kayseridə möhtəşəm nəticə: Azərbaycanlı yeniyetmədən qızıl!
02.03.2026 10:40 İdman

Türkiyənin Kayseri şəhərində keçirilən “Türkiye Open Sprint Cup” turnirində yeniyetmə idmançılarımız xizək alpinizmi növündə Azərbaycanı uğurla təmsil ediblər.

TodayPress TV xəbər verir ki, yarışın nəticələrinə əsasən, 15 idmançı arasında mübarizə aparan təmsilçilərimizdən Abel İsmixanov qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər idmançımız Nurid Şəkərəliyev isə turniri gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan komandası beynəlxalq turnirdə iki medal əldə edərək növbəti uğurunu rəsmiləşdirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər