Karri liqanın əfsanələri ilə bir sırada
İdman
15.11.2025 15:10
37 yaşlı amerikalı basketbolçu Stiven Karri (“Golden State Warriors”) ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində ardıcıl iki oyunda 40+ xal toplaya bilən üçüncü oyunçu olub.
TodayPress TV xəbər verir ki, bu göstəriciyə ondan əvvəl yalnız Maykl Jordan və Lebron Ceyms çatıb.
13 noyabr gecəsi keçirilən və “Uorriors”un “San-Antonio Spurs” üzərində 125:120 hesablı qələbə qazandığı görüşdə Karri 46 xal toplayıb.
15 noyabr gecəsi isə o, San-Antonioda baş tutan növbəti matçda komandasının 109:108 hesablı qələbəsinə 49 xalla töhfə verib.
Bu nəticələrlə Karri 37 yaş və üzəri kateqoriyasında ardıcıl iki görüşdə 40 və daha çox xal toplayan üçüncü NBA oyunçusu kimi tarixə düşüb.
Namiq HUN
