Karlo Ançelotti 2026-cı il mundialının arzusunu açıqladı
İdman
14.11.2025 17:46
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti etiraf edib ki, gələn il ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının finalında İtaliya yığması ilə qarşılaşmağı çox istərdi.
TodayPress TV xəbər verir ki, o, bu barədə Sky Sport Italy nəşrinə danışıb.
“Ümid edirəm ki, İtaliya dünya çempionatına vəsiqə qazanacaq. Onlar bunu etməlidirlər. Və mən əminəm ki, bunu edəcəklər. Sonra isə finalda bizimlə qarşılaşacaqlar! Həm italiyanlar, həm də braziliyalılar bundan çox xoşbəxt olardılar. Mənim üçün isə bu, sadəcə möhtəşəm bir oyu olardı”, -deyə Ançelotti bildirib.
Xatırladaq ki, hazırkı dünya çempionu Argentina yığmasıdır. 2022-ci il mundialının finalında Argentina Fransa ilə qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Argentina 4:2 hesabı ilə qalib gəlib.
Namiq HUN
tag: Braziliya ,İtaliya,Argentina,İdman,Todaypress.tv,
