Kapitan kimi ilk oyununda Yamal ÇL tarixində rekord qırdı
“Barselona” klubunun hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Feyenoord”la oyunda (5:1) bir qol vurub və iki məhsuldar ötürmə edib.
TodayPress TV “Opta Sports”a istinadən xəbər verir ki, bu göstərici 19 yaşlı futbolçunun turnir tarixində ən məhsuldar yeniyetmə olmasına imkan verib.
Bildirilir ki, Yamal bu göstəricidə Kriştianu Ronaldonun deyil, Kilian Mbappenin yeniyetmə yaşlarında əldə etdiyi nəticəni geridə qoyub. İspaniyalı futbolçunun Çempionlar Liqasındakı “qol+assist” göstəricisi 21-ə çatıb - 11 qol və 10 məhsuldar ötürmə.
Mbappe eyni yaşda 13 qol və 7 assistlə ümumilikdə 20 məhsuldar fəaliyyətə imza atmışdı.
Bu göstəricidə üçüncü pillədə Cud Bellinqem (6 qol, 5 assist), dördüncü yerdə isə Erlinq Haaland (10 qol, 1 assist) qərarlaşıb.
Qeyd edək ki, Lamin Yamal “Feyenoord”la görüşdə ilk dəfə rəsmi oyunda “Barselona”nın kapitan sarğısını taxıb.
Namiq HUN