Kanada klubu yenə Stenli Kubokuna qovuşa bilmədi

Kanada klubu yenə Stenli Kubokuna qovuşa bilmədi
18.06.2025 09:15 İdman

ABŞ Milli Hokkey Liqasında (NHL) növbəti final seriyası başa çatıb.

TodayPress TV xəbər verir ki, Florida ştatının Sanrayz şəhərində yerləşən “Amerant Bank Arena”da keçirilən altıncı oyunda “Florida Panters” komandası “Edmonton Oylers” üzərində 5:1 hesablı qələbə qazanaraq seriyada ümumi hesabla 4:2 üstünlüyə yiyələnib Stenli Kubokunun sahibi olub.

Bu qələbə ilə “Florida Panters” çempionluq titulu qoruyub. Həlledici oyunun qəhrəmanı isə het-trik müəllifi olmuş Sem Reynxart olub.

Kanada komandasının Stenli Kubokunu qazanmaq istəyi növbəti dəfə boşa çıxıb. “Edmonton Oylers”in məğlubiyyəti ilə kanadalı klublar bu titula 32 ildir sahib çıxa bilmir. Sonuncu dəfə bu uğura 1993-cü ildə “Monreal Kanadaiens” nail olub. O zaman klub finalda “Los-Anceles Kinqs”ə qalib gəlib (4:1).

O vaxtdan bəri kanadalı klublar səkkiz dəfə finala yüksəlsələr də, hamısında uduzublar:

1994 – “Vankuver Kanaks” – “Nyu-York Reyncers” (3:4)

2004 – “Kalgari Fleymz” – “Tampa Bey Laytning” (3:4)

2006 – “Edmonton” – “Karolina Harrikeyns” (3:4)

2007 – “Ottava Senatorz” – “Anahaym Daks” (1:4)

2011 – “Vankuver” – “Boston Bryuins” (3:4)

2021 – “Monreal” – “Tampa” (1:4)

2024 – “Edmonton” – “Florida” (3:4)

2025 – “Edmonton” – “Florida” (2:4)

Kanadanın ənənəvi hokkey gücü sayılan klubları üçün Stenli Kuboku hələlik əlçatmaz olaraq qalır.

Namiq HUN

XƏBƏR LENTİ
03 IYUN 2026
Erməni əsgərdən Şuşa döyüşü haqda şok sözlər: “Azərbaycanlılar şəhərə girəndə…” 12:15 Əlilləri incidən Bakı keçidləri - AAYDA isə deyir ki... 12:09 Müəllim olmaq istəyənlər DİQQƏT! Sənəd qəbulu başlandı 12:01 Gürcüstanda kütləvi DEPORTASİYA: Aralarında Azərbaycanlılar da VAR 11:58 Ölkəyə kiberhücumlar artır - Prezidentin yaratdığı qurumun hədəfləri 11:44 Dünyanın ən böyük dəfni: kütlə Xomeyninin kəfənini parçaladı və.. 11:36 Sirli ölümlər davam edir: İtkin düşən alimlərdən birinin cəsədi tapıldı 11:33 Menşik Lendlin 45 illik rekordunu geridə qoydu 11:29 “Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək 11:15 Azərbaycan – Macarıstan matçında fit sloveniyalı hakimdə olacaq 11:04 Abituriyentlərin NƏZƏRİNƏ - Bazar günü imtahan VAR! 11:00 Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edən - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Bütün Xəbərlər