“Kamp Nou”da baş verən vandalizm: “Barselona” təzminat istəyir

İdman

12.12.2025 10:58

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda İspaniyada “Barselona”nın qonağı olan Frankfurt “Ayntraxt”ının azarkeşləri qarşılaşmanın keçirildiyi arenada ciddi dağıntılar törədib. 

TodayPress TV-nin “Mundo Deportivo”ya istinadən yaydığı məlumatda bildirilir ki, qonaq tərəfdarlar təmir olunan stadionun oturacaqlarının dərisini cırıb, yeddi məşəl yandıraraq meydançaya atıblar.

Bundan əlavə, azarkeşlər tualetlərdəki arakəsmə divarlarını da dağıdıblar. Hadisə nəticəsində çox sayda yerli azarkeş təhlükəsizlik səbəbi ilə tribunaları vaxtından əvvəl tərk edib. Polis qaydanı pozan şəxsləri dərhal stadiondan çıxarıb.

Qeyd edək ki, “Barselona” klubu UEFA-ya dəymiş ziyanı ətraflı şəkildə göstərən hesabat təqdim edib və təzminat tələb etməyi planlaşdırır. 

Namiq HUN

TodayPress TV

tag: Kamp Nou,Vandalizm,Dağıntı,Stadion,Todaypress.tv,