Kamal Umudlu təyinat aldı
Azərbaycanlı hakim Rusiya millisinin oyununu idarə edəcək.
TodayPress TV xəbər verir ki, Rusiyanın Peru millisi ilə keçirəcəyi yoldaşlıq oyununu Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.
Sankt-Peterburq qarşılaşmasının baş hakimi Kamal Umudlu olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə rusiyalı Yan Bobrovski yerinə yetirəcək.
Rusiya – Peru matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Namiq HUN