“Kadillak”da böyük dəyişiklik gözlənilir

“Kadillak”da böyük dəyişiklik gözlənilir
27.05.2026 14:45 İdman

“Formula-1” pilotu Valtteri Bottasin mövsümün sonunda “Kadillak” ilə yollarını ayıra biləcəyi iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sport Italia” məlumat yayıb.

Bottas komandanın ümumi zəif nəticələrinə baxmayaraq gözlənilən performansı sərgiləyə bilmir və bu səbəbdən finlandiyalı pilotun mövqeyi möhkəm görünmür.

Serxio Peresin də gələcəyi ilə bağlı qeyri-müəyyənlik olduğu bildirib:

“Peresin digər komandalarla təmasının olub-olmadığı araşdırılıb. Amma görünür ki, o, karyerasını bitirmək istəmir. Yeni mövsüm bu iki pilotdan ən azı biri komandada olmayacaq. Bəlkə də hər ikisi”.

Mümkün namizədlərdən biri kimi Kolton Hertanın adı çəkilir. Onun superlisenziya əldə edəcəyi təqdirdə “Formula-1”də debüt etmək şansının yüksək olduğu vurğulanır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər