Jurnalistdən sensasion iddia: Lebronun transferini Karri dayandırıb
“Qolden Steyt Uorriors”un lideri Stefen Karrinin uzun müddət davam edən diz problemi “Filadelfiya”nın forvardı Lebron Ceymsin Kaliforniya klubuna keçidinin baş tutmamasının səbəblərindən biri ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə şimali amerikalı jurnalist Markus Tompson məlumat yayıb.
“Lebron soruşdu: «Ümumiyyətlə, neçə oyun keçirməli olacağam? Bəs iki həftəlik fasiləyə ehtiyacım olsa necə?»” — deyə Tompsonun sözlərini köşə yazarı Tom Tolbert sosial şəbəkədə yayıb.
2025/2026-cı illər mövsümündə Karri “qaçışçı dizi” kimi tanınan patellofemoral ağrı sindromu səbəbindən NBA-nın müntəzəm çempionatında 27 oyunu buraxıb. Problem qışda fərdi məşq zamanı kəskinləşib və basketbolçunun bərpası gözləniləndən daha uzun çəkib.
Karri özü daha əvvəl 10 gün ərzində meydana qayıdacağını düşündüyünü bildirmişdi. Lakin ilk ay ərzində qayıtmaq üçün etdiyi hər cəhd dizində ağrıların yenidən yaranmasına səbəb olub.
Qeyd edək ki, “Qolden Steyt” lideri olmadan 13 qələbə qazanıb və 26 məğlubiyyət alıb. Komanda 2019/2020-ci illər mövsümündən bəri ilk dəfə müntəzəm çempionatı mənfi balansla başa vurub.
Namiq HUN