İstintaq insidentlə bağlı araşdırmaya başladı
İtaliyanın “İnter” klubunun qolkiperi Josep Martines yol qəzası ilə bağlı istintaqa cəlb olunub.
TodayPress TV xəbər verir ki, o, Komo vilayətində əlil arabasında olan yaşlı kişini maşınla vuraraq onun ölümünə səbəb olub.
Regional prokurorluq ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə araşdırmaya başlayıb.
İstintaq hadisə üzrə yol örtüyünün vəziyyəti, əyləc izləri və avtomobilin hərəkət sürətini araşdırır.
Qeyd edək ki, Josep Martines 7 il müddətinə həbs oluna bilər.
Namiq HUN