İstanbuldakı heç-heçədən sonra Qasperinidən diqqətçəkən sözlər

İstanbuldakı heç-heçədən sonra Qasperinidən diqqətçəkən sözlər
11.09.2026 10:17 İdman

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının ümumi mərhələsinin I turunda “Fənərbağça” ilə keçirilən matçdakı heç-heçəni (1:1) şərh edib.

TodayPress TV xəbər verir ki, italyyalı mütəxəssis görüşdən sonra UEFA-nın rəsmi saytına açıqlamasında hər iki komandanın oyununu yüksək qiymətləndirib:

“Yenidən Çempionlar Liqasına qayıdaraq bu turnirin nə qədər möhtəşəm olduğuna bir daha şahidlik etdik. Hər iki komanda ilk matçını layiqincə keçirdi və zənnimcə, əla futbol nümayiş etdirdi. Yekunda heç-heçə qeydə alındı. Bəzi epizodlarda biz, bəzilərində isə “Fənərbağça” daha üstün oynadı. Bu, ümumi mərhələnin matçıdır və qazanılan bir xal hər iki komanda üçün kifayət qədər dəyərli ola bilər”.

Namiq HUN

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər