İstanbul derbisini “Fənərbağça” qazandı
Türkiyə Superliqasında XI turun mərkəzi görüşü keçirilib.
TodayPress TV xəbər verir ki, “Beşiktaş” doğma meydanda “Fənərbağça”nı qəbul edib.
“Beşiktaş” Ture və Topçunun qolları ilə 2:0 hesabı ilə önə keçsə də, “sarı-lacivərdlilər” 3 qol vuraraq əzmkar qələbə qazanıb. “Fənərbağça” Yüksək və Asensio ilə hesaba tarazlıq gətirib. Cütün qalibini isə Duran müəyyən edib.
Namiq HUN