İspaniya millisi tarix yazdı
“La Furia Roja” İtaliya komandasının dünya rekodunu təkrarlayıb.
TodayPress TV AS nəşrinə istinadən xəbər verir ki, İspaniya yığma komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə ilə (2:2) heç-heçə etməklə bu uğura nail olub.
Məğlubiyyətsiz oyunlar seriyasını 31 oyuna çatdıran İspaniya millisi İtaliyanın rekordunu təkrarlayıb.
“La Furia Roja” 2023-cü ildən etibarən uduzmur. İtaliya da isə bu göstərici 2018-2021-ci illəri əhatə edib.
İspaniya yığma komandası sonuncu dəfə 2023-cü ilin martında Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Şotlandiyaya (0:2) məğlub olub.
Namiq HUN