İspaniya – İngiltərə matçında “Real”ın ulduzları arasında gərgin anlar!

İspaniya – İngiltərə matçında “Real”ın ulduzları arasında gərgin anlar!
17.11.2026 08:43 İdman

UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün VI turunda İspaniya və İngiltərə milliləri arasında keçirilən qarşılaşma zamanı Madrid “Real”ının futbolçuları arasında insident baş verib.

TodayPress TV “Footmercato”ya istinadən xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingemlə İspaniya yığmasının müdafiəçisi Mark Kukurelya arasında mübahisə yaşanıb. Madrid təmsilçisinin hər iki futbolçusu qarşılaşmada rəqib komandalarda çıxış edib.

Mənbənin məlumatına görə, birinci hissənin sonlarında İspaniya millisinin qapısına penalti təyin olunmazdan əvvəl VAR yoxlaması zamanı Kukurelya bir neçə dəqiqə meydanda uzanıb. O, İngiltərənin hücumunun başlanğıcında rəqib futbolçunun ona qarşı qayda pozuntusuna yol verdiyini göstərməyə çalışıb. Təkrar görüntülərdə təmasın olduğu görünsə də, hakimlər bunu penalti qərarını ləğv etmək üçün kifayət hesab etməyiblər.

Kukurelyanın davranışı yaxınlıqda olan Bellingemin kəskin reaksiyasına səbəb olub. İngiltərə millisinin yarımmüdafiəçisi ispaniyalı futbolçuya yaxınlaşaraq barmağı ilə onu göstərib və davranışını tənqid edib.

Fasilə zamanı futbolçuların meydandan tunelə doğru hərəkəti zamanı da gərginlik davam edib. Bellingem və Kukurelya da daxil olmaqla bir neçə oyunçu arasında mübahisə yaşanıb. Hadisə az qala əlbəyaxa davaya çevrilsə də, qarşıdurma böyüməyib.

Qeyd edək ki, “Riyad Air Metropolitano” stadionunda keçirilən görüş İngiltərənin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər