İspan məşqçi “Fiorentina”ya təyinat aldı

İspan məşqçi “Fiorentina”ya təyinat aldı
10.11.2025 13:54 İdman

Kristian Sebalyos “Sabah” futbol klubunun məşqçilər korpusundan ayrılıb.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Sebalyos, karyerasını “Fiorentina” klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək.

Qeyd edək ki, Kristian Sebalyos 2021-2024-cü illərdə “Sabah” klubunda futbolçu kimi çıxış edib. O, 2025-ci ilin yayından “Sabah” klubunun məşqçilər korpusunun üzvü idi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər