İslamiada: Voleybolçularımızdan ikinci qalibiyyət

İslamiada: Voleybolçularımızdan ikinci qalibiyyət
06.11.2025 15:29 İdman

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanında  keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

TodayPress TV xəbər verir ki, Ər-Riyad turnirində yığmamız Tacikistan komandası ilə qarşılaşıb.

Millimiz Asiya təmsilçisi üzərində 3:0 (25:5, 25:11, 25:9) hesablı qələbə qazanıb.  

Daha əvvəl voleybolçularımız eyni hesabla İran yığmasını üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. 

Namiq HUN

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər