İslamiada: Stolüstü tennisçilər daha bir mükafat qazandılar

İslamiada: Stolüstü tennisçilər daha bir mükafat qazandılar
13.11.2025 13:07 İdman

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir. 

TodayPress TV xəbər verir ki, seçmə komandamızın üzvləri daha bir mükafata layiq görülüblər.

Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar. 

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülüb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

İslamiada: Stolüstü tennisçilər daha bir mükafat qazandılar — 1
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər