İslamiada: Şpaqaçımız üçüncü oldu
İdman
18.11.2025 09:41
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma üzrə yarışlarda mükafatçılar müəyyənləşib.
TodayPress TV xəbər verir ki, şpaqa növü üzrə kişilərin şəxsi yarışında Vahab Fətullayev bürünc medal qazanıb.
Ər-Riyad turnirinin qrup mərhələsini 4 qələbə ilə başa vuran Vahab yarımfinala gedən yolda Qətər və Qırğızıstan qılıncoynadanlarını mübarizədən kənarlaşdırıb. Şpaqaçımız finalın bir addımlığında özbəkistanlı Javokhirbek Nurmatova 11:15 hesabı ilə uduzub.
Namiq HUN
tag: İslamiada,Qılıncoynatma,Bürünc medal,Şpaqa,Todaypress.tv,
