İslamiada: rinqə 7 boksçu çıxacaq

İdman

03.11.2025 15:05

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 7 boksçu təmsil edəcək. 

TodayPress TV xəbər verir ki, İslamiadada boks yarışları rəsmi açılış mərasimindən öncə başlayacaq. 

Noyabrın 5-də start götürəcək döyüşlər 5 gün davam edəcək. 

Baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayev İslamiadada Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərova (80 kq) şans verəcək.

Qadınlardan ibarət milli isə baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında isə rinqə Zeynəb Rəhimova (51 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyeva (65 kq) çıxacaqlar.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunları noyabrın 7-dən 21-dək keçiriləcək. 

Namiq HUN

TodayPress TV

tag: İslamiada,Boks,Yarış,Səudiyyə Ərəbistan,Todaypress.tv,