İslamiada: Millimizin Ər-Riyadda tarixi uğuru

İdman

13.11.2025 09:31

Üzgüçülük üzrə Azərbaycan yığma komandası Səudiyyə Ərəbistanında  keçirilən VI İslam Həmrəyliyi Oyunlarında çıxışını başa vurub. 

TodayPress TV xəbər verir ki, milli komanda Ər-Riyad turnirində uğurlu çıxışla yadda qalıb.

Üzgüçülük yarışlarını 3 medalla başa vuran yığmamız İslam Həmrəyliyi Oyunları tarixində yeni səhifə açıb.

Milli komandanın üzvlərindən  Ramil Vəlizadə gümüş (200 metr məsafəyə kəpənək üsulu), Süleyman İsmayılzadə (1500 metr məsafəyə sərbəst üsul) və qadınlardan ibarət estafet komandamız (4×200 metr məsafəyə sərbəst üsul) isə İslamiadanın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları tarixində ilk dəfədir ki, üzgüçülük üzrə milli komandamız bütün medalları Azərbaycan doğumlu idmançılar hesabına qazanıb. Bu nəticə milli komandanın inkişafında mühüm mərhələ və yeni nəsil üzgüçülərimizin beynəlxalq arenada yüksəlişinin nəticəsidir. 

Namiq HUN

TodayPress TV 

tag: Üzgüçülük,Azərbaycan,Yığma,Medal,Todaypress.tv,