İslamiada: Millimizin bayraqdarları müəyyənləşdi

İslamiada: Millimizin bayraqdarları müəyyənləşdi
07.11.2025 13:34 İdman

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları müəyyənləşib.

TodayPress TV xəbər verir ki, bu gün keçiriləcək açılış mərasimində üçrəngli Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə aparacaqlar.

Dadaş Dadaşbəyli (109 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında 3 qızıl, Tailandda təşkil olunan Dünya Kubokunda 3 gümüş, Bəhreyndə baş tutan dünya çempionatında isə 1 gümüş medal qazanıb.

Nilufər Ağazadə isə 2025-ci ildə Azərbaycan çempionu tituluna yiyələnib. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər