İslamiada: Millimiz ilk oyunda qələbə qazandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarına qələbə ilə start verib.
TodayPress TV “Report”a istinadən xəbər verir ki, yığma komandamız İran seçməsi ilə üz-üzə gəlib.
Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksindəki qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 3:0 (25:11, 25:16, 26:24)
Qeyd edək ki, Azərbaycan millisi multi-idman oyunları çərçivəsində noyabrın 6-da Tacikistan kollektivi ilə qarşılaşacaq.
Namiq HUN