İslamiada: Karate millisinin heyəti açıqlandı

İslamiada: Karate millisinin heyəti açıqlandı
10.11.2025 11:07 İdman

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək karateçilərin adları açıqlanıb.

TodayPress TV xəbər verir ki, Ər-Riyad turnirində Azərbaycanı təmsil edəcək karate millisinin heyətində Fatimə Cəbrayılova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq), Roman Heydərov (Kata), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) var.

Komandamıza AKF-in vitse-prezidenti Rəhman Hətəmov rəhbərlik edir.

Şahin Atamov komandanın baş məşqçisi, Şahin Xudaverdiyev isə böyük məşqçidir.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər