İslamiada: İki güləşçimiz finalına yüksəldi
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycanın iki güləşçisi Ər-Riyad turnirinin finalına yüksəlib.
Qadın güləşçi Jalə Əliyeva (57 kq) finala aparan yolda qırğızıstanlı Sezim Jumanazarovaya qalib gələrək adını həllediçi mərhələyə yazdırıb.
Yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) isə türkiyəli Beytullah Kayışdağı üstələyərək finala yüksəlib.
Yarımfinalda özbəkistanlı Aktenge Keunimjayevaya uduzan Elnurə Məmmədova (50 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Namiq HUN