İslamiada: İki cüdoçumuz finala yüksəldi

İslamiada: İki cüdoçumuz finala yüksəldi
08.11.2025 16:18 İdman

VI İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan cüdoçuları Könül Əliyeva (48 kq) və Hidayət Heydərov (73 kq) final mərhələsinə yüksəliblər.

TodayPress TV xəbər verir ki, Könül Əliyeva yarımfinalda Qazaxıstan idmançısı Diana Burkeyevanı məğlub edərək həlledici görüşə vəsiqə qazanıb.

O, finalda Türkiyə təmsilçisi Tuğçe Beder ilə qarşılaşacaq.

Olimpiya çempionu Hidayət Heydərov da multi-idman oyunlarının həlledici mərhələsinə adını yazdırıb. Hidayət yarımfinalda Tacikistan cüdoçusu Abubakr Şerovu üstələyərək finala vəsiqə qazanıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

İslamiada: İki cüdoçumuz finala yüksəldi — 1
XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər