İslamiada: İdmançılarımız dörd fərqli növdə çıxış edəcəklər

İdman

20.11.2025 09:59

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, Bu gün Azərbaycan idmançıları dörd növdə mübarizə aparacaqlar.

İdmanın atletika növündə Nazim Babayev uzunluğa tullanmada, Lamiyə Vəliyeva 200, qarışıq komanda isə 4x400 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq. 

Ciu-citsuda İlyas Babayev (85 kq), Nəcməddin Quluzadə (69 kq) və Firdovsi Zamanov (94 kq) multi-idman oyunlarının mükafatları uğrunda mübarizə aparacaqlar.

Qılıncoynatmada kişilərdən ibarət yığma şpaqa, qadınlar isə sablya növündə yarışacaqlar.

Sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kq), Nigar Mirzəzadə (68 kq) və Zəhra Kərimzadə (76 kq) xalça üzərinə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan 50 medalla (7 qızıl, 16 gümüş, 27 bürünc) 10-cu pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

tag: İslamiada,Oyunlar,Yarış,Final,Todaypress.tv,