İslamiada: idmançılarımız bu gün dörd növdə mübarizə aparacaqlar
İdman
19.11.2025 09:36
Səudiyyə Ərəbistanında təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir.
TodayPress TV xəbər verir ki, Azərbaycan idmançıları bu gün Ər-Riyad turnirində 4 növdə mübarizə aparacaqlar.
3x3 basketbol üzrə milli komanda yarımfinal mərhələsində Misir yığması ilə qarşılaşacaq.
İdmanın atletika növündə Əlhəm Nağıyev 200 metr, Azərbaycan yığması isə 4x100 metr məsafəyə qaçışda çıxış edəcək.
Qılıncoynadanlarımızdan Maqsud Hüseynli və Saleh Məmmədov sablya növündə bacarıqlarını göstərəcəklər.
Yunan-Roma güləşçilərindən Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq), qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq) və Jalə Əliyeva (57 kq) multi-idman oyunlarının mükafatları uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarının 46 mükafatı ilə (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
İslamiada noyabrın 21-də başa çatacaq.
Namiq HUN
tag: VI İslam Həmrəyliyi Oyunları,Ər-Riyad,Turnir , Azərbaycan idmançıları,Todaypress.tv,
