İslamiada: Dörd boksçumuz finala yüksəldi
İdman
10.11.2025 09:10
Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında yarımfinal döyüşləri başa çatıb.
TodayPress TV xəbər verir ki, Azərbaycan komandasının 4 boksçusu adını Ər-Riyad turnirinin finalına yazdırıb.
Məhəmmədəli Qasımzadə (60 kq) yerli Tamer Almatrfini ilk raundda məğlub edib. Boksçumuz multi-idman oyunlarının qızıl medalı uğrunda özbək Madiyar Daniyarovla döyüşəcək.
Səidcəmşid Cəfərov (80 kq) finala aparan yolda iordaniyalı Husseyn İaşaişdən üstün olub. O, İslamiadanın baş mükafatı uğrunda Türkiyə boksçusu Sultan Osmanlı ilə döyüşəcək.
Aynur Mikayılova (57 kq) yarımfinal döyüşündə fələstinli Noura Abunabını məğlub edib. Aynur finalda özbəkistanlı Xumorabonu Mamajonova ilə qarşılaşacaq.
Nərgiz Zeynalova (54 kq) da İslamiadanın qızıl medalı uğrunda döyüşəcək. Finalda boksçumuzun rəqibi türkiyəli Ayşen Taşkın olacaq.
Millimizin digər üzvlərindən Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) İslamiadanın bürünc medalına layiq görülüblər.
Namiq HUN
tag: İslamiada,Boks,Final,Milli ,Todaypress.tv,
